Avropa Ukraynaya on minlərlə əsgər göndərmək istəyirbackend

Avropa Ukraynaya on minlərlə əsgər göndərmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Avropadakı müttəfiqləri ölkəyə 30 minə qədər hərbçi göndərmək istəyir.

Editor.az “The Daily Telegraph”-a istinadla xəbər verir ki, bu Avropa liderlərinin Parisdə keçirilən ikinci qeyri-rəsmi görüşündə Qərb rəsmilərinin razılaşdırdığı planda qeyd olunub. Bildirilib ki, Kiyevin avropalı müttəfiqlərinin planı gələn həftə Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə ABŞ prezidenti Donald Trampa təqdim olunacaq. Starmer Ukraynaya Avropa qoşunlarını, o cümlədən Böyük Britaniyanı yerləşdirməklə yanaşı, Trampdan Rumıniya və Polşaya ABŞ döyüş təyyarələri və raket sistemlərini yerləşdirməyi də xahiş edəcək. Rusiyanın atəşkəsi pozacağı təqdirdə bu ölkələr yüksək hazırlıq vəziyyətində olacaqlar.

Lakin Litva prezidenti Gitanas Nauseda sammitdən sonra keçirdiyi mətbuat konfransında Aİ ölkələrinin liderlərinin Ukraynaya qoşun yeritmək barədə qərar vermədiyini bildirib.

//Gülnarə Abasova, Editor.az