NATO-nun baş katibi Mark Rutte Parisdə fövqəladə sammitdən sonra bildirib ki, Avropa Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
NATO-nun baş katibi bununla bağlı fevralın 17-də X sosial şəbəkəsində müvafiq mesaj dərc edib. Rutte bildirib ki, Avropa liderləri Ukraynanın təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürməyə hazır olduqlarını nümayiş etdiriblər. O əlavə edib ki, Fransa paytaxtında keçirilən hazırkı görüşə məhz bu baxışdır. “Hazırıq və istəkliyik.
Bu, mənim Parisdəki bugünkü görüşə baxışımdır. Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə rəhbərlik etməyə hazırdır və istəklidir. Təhlükəsizliyimizə daha çox sərmayə qoymağa hazırıq və istəkliyik”, – NATO-nun baş katibi izah edib. Onun sözlərinə görə, təfərrüatların da gələcəkdə həllinə ehtiyac olacaq, lakin “öhdəliklər aydındır”.
//Samir Qurbanov, Editor.az