Avropa və Amerika Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır – Gürcüstanın baş naziri İrakli Kobaxidzebackend

Avropa və Amerika Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır – Gürcüstanın baş naziri İrakli Kobaxidze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Kobaxidze dini bayram münasibətilə gəldiyi Svetitsxoveli məbədində keçirdiyi brifinqdə deyib ki, gələn ildən Qafqaz ölkəsinin Aİ və ABŞ ilə münasibətləri “yenidən qurulmaqla xeyli yaxşılaşacaq”.

2025-ci ildə “Ukraynada müharibə bitəcək” və “tamamilə yeni reallıq gələcək”. “Ukraynada “birinci cəbhə” bitən kimi Gürcüstanda ikinci cəbhənin açılmasına maraq dərhal aradan qalxacaq”, – deyə hökumət sədri qeyd edib.

Qeyd edək ki, Kobaxidze dəfələrlə bildirib ki, ABŞ administrasiyasına, eləcə də Avropanın ən böyük dövlətlərinin administrasiyalarına nəzarət edən “qlobal müharibə partiyası” Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib ki, Aİ-nin siyasəti SSRİ-nin ittifaq respublikaları ilə bağlı eyni xətli qərarlara “möhür vuran” dövrünü xatırladır”.

//Samir Qurbanov, Editor.az