Avropa yenidən dizayn olunur: “ABŞ-ın bu bəyanatları çox ciddi təhlükələrdən xəbər verir”backend

Avropa yenidən dizayn olunur: “ABŞ-ın bu bəyanatları çox ciddi təhlükələrdən xəbər verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağ Evdə bütün didişmələrə, qarşılıqlı ittihamlara, gələnin gedəni günahlandırmasına baxmayaraq hər şey plana uyğun gedir. On il əvvəl Rusiyanın Krımı ilhaqına, Donbasın işğalına göz yumuldu, Rusiya şirnikləndirildi, bu gün isə Ukrayna yox olmaq, parçalanmaq təhlükəsilə üz-üzədir. Avropa yenidən dizayn olunur və təssüf ki, bu “yenidənqurmada” Ukrayna qurban edilir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

O bildirib ki, ABŞ israrla Avropanı çərçivədə saxlamaq, Qoca Qitəyə süni əngəllər və təhdidlər yaratmaq siyasəti yeridir:

“Görünür ki, Qoca Qitə yeni təhdidlərə və tələlərə cavab verəcək, neytralaşdıracaq qədər də hazırlıqlı deyil. Avropanın dünyanın çeşidli bölgələrində digər ölkələrə və xalqlara tətbiq etdiyi, dəstəklədiyi qeyri-leqal, qeyri-insani metodlar indi öz başında çatlayır.

Ukrayna savaşının ən şiddətli vaxtında, sülh üçün şərtlərin heç üfüqdə də görünmədiyi bir zamanda, ABŞ prezidentinin tərəfləri təhdid və təhrik edəcək bəyanları, əgər sülh olmasa ABŞ danışıqlardan çəkiləcək kimi ritorikaları çox qorxulu tendensiyalardan xəbər verir. Dünyanın ən super dövlətinin, müharibənin ən şiddətli zamanında oyundan çıxması böyük bir boşluğun yaranmasına gətirib çıxarır ki, bu boşluqda nələrin yaşanacağını təaəvvür etmək belə qorxuludur. Avropanın qarışıq dini-siyasi-milli sturukturu bu boşluğun hansı böyük fəlakətlərə səbəb olacağı da düşündürücüdür.

Təəssüf ki, eyni ssenarini biz Yaxın Şərqdə də görürük. Elə dünən, ABŞ konqresində keçirilən dinləmələrdə dövlət katibi Marko Rubionun Suriyada hökümətin 2-3 həftəyə dağıla biləcəyi və bu ölkədə yenidən vətəndaş müharibəsinin başlaya bilmə ehtimalının yüksək olduğunu dilə gətirməsi deməyə əsas verir ki, regional savaşlar daha çox ölkələrində qatılmasıyla daha şiddətli bir mərhələyə qədəm qoyma ərəfəsindədir”.

//Gülnarə Abasova, Editor.az