Avropada antisemitizm təhlükəsi böyüyür: Vyanada Mərkəzi Qəbiristanlığın yəhudi hissəsində naməlum şəxslər yanğın törədib və…backend

Avropada antisemitizm təhlükəsi böyüyür: Vyanada Mərkəzi Qəbiristanlığın yəhudi hissəsində naməlum şəxslər yanğın törədib və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyanada Mərkəzi Qəbiristanlığın yəhudi hissəsində naməlum şəxslər yanğın törədib və divarlara svastikalar çəkilib.

Editor.az bildirir ki, bu barədə Avstriyanın yəhudi icmasının rəhbəri Oskar Doyç məlumat verib. “Gecə Mərkəzi Qəbiristanlığın yəhudi hissəsində yanğın başlayıb. Mərasim zalının vestibülü yanıb. Qəbiristanlığın bayır divarlarına svastika çəkilib. Heç bir insan xəsarət almayıb. Yanğınsöndürənlər və polis araşdırma aparır”, – o, X sosial şəbəkəsində yazıb. Avstriya kansleri Karl Nehammer naməlum şəxslərin hərəkətlərini pisləyib.

Ölkə prezidenti Aleksandr Van der Bellen X sosial şəbəkəsində yazıb ki, son həftələrdə respublikada antisemitizm aksiyalarının sayı artıb və “buna son qoyulmalıdır”. Antisemitizm və nifrətin Avstriyada yeri yoxdur və yəhudilər ölkədə təhlükəsiz yaşaya bilməlidirlər. Bir gün əvvəl Fransanın “Le Figaro” nəşri Parisətrafı qəsəbələrdə 20-yə yaxın yəhudi məktəbinin bomba hədəsi aldığını yazmışdı. Almaniyada oktyabrın 18-də naməlum şəxslər bir gündə iki dəfə sinaqoqu yandırmağa cəhd ediblər. Oktyabrın 29-da Şimali Qafqazda bir sıra antisemit etiraz aksiyaları keçirilib.

//Samir Qurbanov, Editor.az