Avropada böhran böyüyürbackend

Avropada böhran böyüyür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir yandan yüksək inflyasiya rəqəmləri ilə mübarizə aparan Avropa digər tərəfdən Ukrayna müharibəsi ilə başlayan təbii qaz böhranı ilə savaşır. Bütün bunlarla yanaşı, inflyasiyanın qarşısını almaq üçün alınan faiz artımı qərarları iqtisadiyyatda resessiya gözləntilərini artırıb.

Ərzaq qiymətlərinin artması, xüsusən də Rusiya-Ukrayna müharibəsinin gətirdiyi enerji böhranı inflyasiyaya təkan verdi. Mərkəzi Banklar inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırdıqda artım gecikdi.

Avropa Komissiyasının iqtisadiyyatdan məsul rəsmisi Paolo Gentiloni bildirib ki, bu qış Avropada tənəzzül olacaq və iqtisadiyyat yazdan əvvəl böyüməyə başlaya bilməyəcək.

Editor.az “Reuters”a istinadla xəbər verir ki, Brüsseldə keçiriləcək Avroqrup toplantısından əvvəl jurnalistlərə açıqlama verən Gentiloni bu barədə danışıb.

Qeyd edək ki, Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın noyabr ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb. Avrozonada oktyabr ayında yüzdə 10,6 olan illik inflyasiya noyabrda yüzdə 10 olaraq təyin olunub.

//Gülnarə Abasova, Editor.az