Avropada Co Baydendən qorxmayan iki lider kimdir?backend

Avropada Co Baydendən qorxmayan iki lider kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vuçiç və Macarıstanın baş naziri Viktor Orban həqiqəti əks etdirən bəyanatlarla ABŞ əleyhinə danışmaqdan çəkinmirlər.

Editor.az bildirir ki, bunu RF Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib. O, Vuçiç və Orbanı “ABŞ və ümumilikdə Qərbin hazırkı siyasətinin Avropa və onun iqtisadiyyatı üçün nəticələri haqqında” həqiqəti söyləyən Avropa liderləri adlandırıb.

“Qalanları susur” deyən parlamentari öz Telegram kanalında vurğulayıb. Xatırladaq ki, daha əvvəl Orban Ukrayna münaqişəsinin ABŞ istədiyi kimi bitəcəyini bildirmişdi.

Onun sözlərinə görə, Kiyev artıq öz suverenliyini itirib, çünki onun maliyyəsi, eləcə də sənayesi və hərbi istehsalı yoxdur.

Bu arada amerikalı teleaparıcı Taker Karlson bildirib ki, Vuçiçlə görüşərkən ondan Ukrayna münaqişəsinə görə Avropa iqtisadiyyatının çökməsi barədə məlumat alıb. Onun sözlərinə görə, bu münaqişə Avropadan kənarda hamını gücləndirir.

//Samir Qurbanov, Editor.az