Avropada enerji böhranı: Qışdan əvvəl oduna tələbatda böyük artımbackend

Avropada enerji böhranı: Qışdan əvvəl oduna tələbatda böyük artım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə Avropanın enerji təhlükəsizliyini təhdid etməkdə davam edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, enerji böhranının dərinləşməsi ilə əlaqədar olaraq avropalılar bu qış istilik üçün odun yandırmağı planlaşdırır. Lakin oduna olan təlabat səbəbindən qiymətlər artsa da anbarların qarşısındakı növbələr səngimək bilməyib. Digər tərəfdən, ağacdan yanacaq kimi istifadənin ətraf mühitə böyük təsir göstərəcəyi gözləntiləri narahatlıq yaradır.

Polşada hakim partiyanın lideri Yaroslav Kaçinski sentyabrın əvvəlində verdiyi açıqlamada bildirib ki, insanlar təkərlər və zərərli maddələrdən başqa hər şeyi yandıra bilər.

Macarıstanda ağac qranullarının ixracını qadağan edən Orban ekoloji qaydalara dəyişiklik edərək meşələrdə ağac kəsilməsinə qoyulan qadağanı aradan qaldırmağa çalışır. Odundan daha çox evlərin qızdırılması üçün istifadə edildiyi Bolqarıstanda qiymətlər demək olar ki, iki dəfə artaraq hər kubmetr üçün 100 avronu keçib. Xarici KİV-in məlumatına görə, Polşada odunun qiymətləri ötən illə müqayisədə iki dəfə, Böyük Britaniyada isə beş dəfə artıb.

//Safura Bənnayeva, Editor.az