Avropada qazın qiyməti geosiyasi gərginliyə görə 12,5 faiz artıbbackend

Avropada qazın qiyməti geosiyasi gərginliyə görə 12,5 faiz artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və HƏMAS arasında münaqişələrin yaratdığı geosiyasi risklər və ABŞ-ın enerji şirkəti Chevron-un İsrailin tələbi ilə Şərqi Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırması səbəbindən Avropada qaz qiymətləri günü 12,5 faiz artıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Avropada ən dərinliyə sahib Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də, noyabr ayı fyuçers müqavilələrində meqavat saat başına qazın qiyməti cümə günü 38,2 avro ilə bağlandı.

Qeyd edək ki, qaz qiymətləri geosiyasi gərginlikdən sonra enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən yüksəliş tendensiyasına daxil olub.

//Gülnarə Abasova, Editor.az