Avropada qazın qiyməti yeni rekordlar qırıbbackend

Avropada qazın qiyməti yeni rekordlar qırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada təbii qazın valyuta qiymətləri təxminən 5 faiz artdı və martın 10-dan bəri ilk dəfə olaraq min kubmetr üçün 600 dolları keçib.

Editor.az bunu London ICE birjasının məlumatlarına istinadla xəbər verir. Oktyabrın 12-də Avropada qazın qiyməti min kubmetr üçün 580 dollara qalxıb. İqtisad elmləri doktoru, Rusiya Federasiyası hökumətinə bağlı Maliyyə Universitetinin Dövlət və bələdiyyə idarəçiliyi kafedrasının professoru Yuri Şedko bildirib ki, qazın bahalaşması qazın hasilatın dayandırılması ilə bağlıdır. 1 oktyabr 2023-cü il tarixindən Hollandiyada hücumlar və Avstraliyadakı LNG obyektlərinə zərbələr, İsraildəki Tamar yatağında hasilatın dayandırılması və Baltik dənizindəki Balticconnector boru kəmərində qaz sızması baş verib.

İqtisadçının sözlərinə görə, bu amillər təkcə bu ilin sonuna deyil, gələn ilin ilk aylarında da qazın qiymətinə təsir edəcək.

//Gülnarə Abasova, Editor.az