Qar fırtınası səbəbindən Almaniya, Avstriya, İsveçrə və Çexiyada, eləcə də bir çox Avropa hava limanlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Editor.az bu barədə “Associated Press”ə istinadla xəbər verir.
Belə ki, dekabrın 3-ü günorta saatlarına qədər Münhen hava limanında bütün uçuşlar ləğv edilib, lakin sonradan qadağa dekabrın 4-ü saat 6:00-a (Moskva vaxtı ilə 8:00) qədər uzadılıb. Sürix hava limanı da daxil olmaqla, digər hava limanlarında da reyslərin ləğvi və ya gecikmələri qeydə alınıb. Vəziyyətin ən çətin olduğu Münhendə qatar və tramvayların hərəkət etmədiyi, metro və şəhərətrafı qatarların fasilələrlə işlədiyi də bildirilib.
Bildirilib ki, Bavariyada “minlərlə” insan ağacların aşması səbəbindən işıqsız qalıb. Sentyabrın 3-də Münhendə keçirilməsi planlaşdırılan “Bavariya” və “Union” komandaları arasında keçiriləcək futbol matçı ləğv edilib. Eyni zamanda, İsveçrə və Avstriya da güclü qar yağması səbəbindən uçqun təhlükəsinin yüksək olduğunu açıqlayıb. Çexiyada əsas D1 avtomobil yolu və bəzi digər yollar saatlarla bağlanıb, qatarlar və ictimai nəqliyyat xidmətləri dayandırılıb və ya ləğv edilib, 15 min ev işıqsız qalıb.
//Gülnarə Abasova, Editor.az

