Avropadakı ukraynalı qaçqınlara bəd xəbərbackend

Avropadakı ukraynalı qaçqınlara bəd xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi Avropa ölkələrinin hökumətləri Ukraynadan olan qaçqınlar üçün mərkəzlərin maliyyəsini kəsə bilər. Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.

Editor.az Ukraynanın “Golos Today” Teleqram kanalına istinadən xəbər verir ki, Norveç Qaçqınlarla İş üzrə Şurasının baş katibi Yan Egeland bildirib ki, Ukrayna müharibəsi hər hansı digər müharibədən və ya hər hansı digər qaçqın böhranından fərqlidir: “Çünki hazırda 14 milyon insanın zorakılıq üzündən soyuq bir coğrafiyada didərgin düşüb”.

Polşa sosial mərkəzinin əməkdaşı Yaroslav Olek də bildirib ki, insanlara köməyin bir “həddi var”.

BMT-nin məlumatına görə, ukraynalıların təxminən üçdə biri 2022-ci il fevralın 24-dən sonra evlərini tərk etmək məcburiyyətində qalıb. Təşkilat qeyd edir ki, bu, İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük miqrasiya böhranıdır.

BMT-nin məlumatına görə, bir çox ukraynalı qonşu Polşa, Macarıstan, Moldova və Rumıniyada qalmağa üstünlük verir. Bu dövlətlərin iqtisadiyyatları Qərb ölkələrinə nisbətən daha kiçik təhlükəsizlik marjasına malikdir və enerji qiymətlərindəki artım orada daha güclü hiss olunur.

Macarıstanın Baptistlərə Yardım Təşkilatının prezidenti Bela Silaji jurnalistlərə bildirib ki, bir çox macarlar ukraynalı qaçqınlara kömək etmək həvəsini itirirlər.

“Washington Post” iddia edir ki, 2023-cü ildə Polşada qaçqınlar üçün dövlətin maliyyəsi azala bilər. Ukraynalılar mənzil və yemək xərclərinin bir hissəsini özləri ödəməli olacaqlar.

Latviyanın bəzi şəhərlərində qaçqınların yerləşdirilməsi üçün ayrılan büdcələr tükənib. Rumıniyada da vəziyyət oxşardır.

//Samir Qurbanov, Editor.az