Avropadan “Bayraktar” qərarı – gözlənilən sensasiyabackend

Avropadan “Bayraktar” qərarı – gözlənilən sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Müdafiə Nazirliyinin Hərbi Planlanlaşdırma, Tədarük və Təminat İdarəsi ölkənin silahlı qüvvələrinin Türkiyə istehsalı olan “Bayraktar TB-2” PUA-ları ilə təmin olunmasını məqsədəuyğun sayır.

Hərbi ekspertlər Müdafiə Nazirliyinin rəhbərliyini İsrail istehsalı olan “Heron-TP” döyüş PUA-ları almaqdan vaz keçərək “Bayraktar TB-2″ni seçməyi məsləhət görüblər.

Ekspertlərin fikrincə, “Bayraktar” hazırda dünyada öz sinfində ən yaxşı döyüş PUA-sıdır. Üstəlik, “Heron-TP” ilə müqayisədə “Bayraktar TB-2″ni radilokasiya vasitələri ilə aşkarlamaq daha çətindir.

İlkin məlumatlara görə, Almaniya Türkiyədən 60 “Bayraktar” ala bilər.

Milli.az