Avropadan Çinin Fransadakı səfirinə reaksiyabackend

Avropadan Çinin Fransadakı səfirinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Çin səfiri Lu Şayenin keçmiş sovet dövlətlərinin statusu ilə bağlı şərhini  pisləyən bəyanat yayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell açıqlama verib.

Qeyd edək ki, Çin səfiri Fransanın TF1 televiziyasına müsahibəsində deyib ki, hətta keçmiş sovet respublikalarının beynəlxalq hüquqda statusu yoxdur. Çünki onların suveren ölkə statusu beynəlxalq müqavilədə konkretləşdirilməyib.

“Le Monde” qəzetinin məlumatına görə, Fransa Xarici İşlər Nazirliyi Lu-nun açıqlamalarına cavab olraq bildirib ki, Pekin səfiri sözlərinin Çinin mövqeyini əks etdirib- əks etdirmədiyinə aydınlıq gətirməlidir.

//Safura Bənnayeva, Editor.az