Avropalıları narahat edən NƏDİR?- “Bu mövzuda dövlətimizin mövqeyi fərqlidir”- Millət vəkilindən ŞƏRHbackend

Avropalıları narahat edən NƏDİR?– “Bu mövzuda dövlətimizin mövqeyi fərqlidir”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyiniz kimi, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. AŞPA qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklifi uzun illərdir Avropa dövlətləri ilə qarşılıqlı hərtərəfli əməkdaşlıq edən dövlətimizə qarşı hörmətsizlikdir. Avropalıları narahat edən əsas məsələ erməni terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, AŞPA-nın bu qərəzli addımı Avropa deputatlarının Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə dözümsüzlüyün təzahürüdür:

“İndiyə kimi AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Bir sözlə, bu qurum Azərbaycanın qələbəsindən narahatlığını açıq şəkildə ifadə etdi, ədalətin təmin olunması, doğma yurdlarından didərgin düşmüş Azərbaycan vətəndaşlarının evlərinə qayıtmağı AŞPA-nı ciddi narahat edib.

Doğrudur , dövlətimiz hələ də Avropa Şurasının digər strukturlarında iştirakını davam etdirir. AŞ-ı da açıqlamasında bu qətnamənin Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlığın dayandırılması anlamına gəlmədiyi qeyd etsə də, düşünürəm ki, bu mövzuda dövlətimizin mövqeyi fərqlidir. Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı da bir reallıqdır”.

//Gülnarə Abasova, Editor.az