Avropanın ən qədim ayaqqabısı İspaniyadakı mağarada tapılıbbackend

Avropanın ən qədim ayaqqabısı İspaniyadakı mağarada tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın cənubundakı bir mağarada tarixi ayaqqabıların araşdırılması çərçivəsində otdan hazırlanmış təxminən 6 min il yaşı olan sandallar tapılıb.

Bu sandallar Avropanın ən qədim ayaqqabısı hesab olunur. Ayaqqabılar əslində 19-cu əsrdə Əndəlus bölgəsindəki Cueva de los Murciélagos mağarasından istifadə edən mədənçilər tərəfindən tapılıb. Tədqiqatçılar təxminən 6 min il yaşı olduğu ortaya çıxan sandalların hazırlanmasında müxtəlif növ otlardan istifadə edildiyini, dəri və əhəng də tapdıqlarını bildiriblər. Ayaqqabıların hazırlandığı dövr Neolit ​​dövrünə uyğun gəlir.

Həmin dövrdə tapılan 76 artefakt yeni texnologiyalarla yenidən tədqiq edilib və məlum olub ki, bu obyektlər əvvəlki hesablamalardan təxminən 2 min il yaşlıdır.

Mağarada aşağı rütubət və soyuq küləklərin ayaqqabıların xarab olmasına mane olduğu təxmin edilir. Təhlil edilən digər obyektlərə zənbillər və bəzi alətlər daxildir.

//Gülnarə Abasova, Editor.az