Avropanın “siyasət bosları” Kiyevə niyə gəlib?backend

Avropanın “siyasət bosları” Kiyevə niyə gəlib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, səfər zamanı Aİ liderləri əvvəlcə prezident Vladimir Zelenski ilə görüşəcək və İrpenə baş çəkəcəklər.

Editor.az xəbər verir ki, o, bu barədə Kiyevə gəlişindən dərhal sonra BFMTV- ə bildirib. “Biz prezident Vladimir Zelenski ilə görüşərək vəhşiliklərin həyata keçirildiyi döyüş zonasına gedib, planlaşdırılan görüşləri keçirəcəyik. Bu şəhər İrpendir”, – Makron bildirib. O, əlavə edib ki, ukraynalıları Avropanın dəstəyinə və birliyinə əmin etmək istəyir. Qeyd edək ki, Fransanın nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ketrin Kolonna da var. O, “Bu səfər Ukrayna, Avropa və qlobal sabitlik üçün çox vacibdir” deyə fikirlərini qısa şəkildə ifadə edib.

  Editor.az