Avropaya qaz nəql edən kəmər partladı: ölənlər varbackend

Avropaya qaz nəql edən kəmər partladı: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ərazisindən keçməklə Avropaya qaz nəql edən Urenqoy-Pomar-Ujqorod qaz kəmərində partlayış baş verib.  3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə RİA Novosti-yə yaxınlıqdakı Yambaxtino yaşayış məntəqəsinin rəhbəri məlumat verib. Məlumata görə, zərərçəkənlərin hamısı müəssisədə işləyib. Qaz kəmərinin zədələnmiş hissəsinin təmiri təxminən üç gün çəkə bilər. Alovlanmanın qarşısı alınıb: “Müəyyən edilib ki, sıçrayış Urenqoy-Pomarı-Ujqorod magistral yeraltı qaz kəmərinin diametri 1420 mm olan hissəsində planlaşdırılmış təmir işləri zamanı baş verib”.

Qeyd edək ki, Urenqoy-Pomar-Ujqorod qaz kəməri Yamal yataqlarından qazı Avropaya çatdırır və Ukraynanın Kursk vilayəti ilə sərhədində yerləşən “Sudja” nəzarət-ölçü məntəqəsindən keçir. Onun vasitəsilə Avropaya tədarük edilən qazın həcmi təxminən 41-43,5 milyon kubmetr təşkil edir.

  //Samir Qurbanov, Editor.az