“Avroviziya- 2022”nin finalçıları açıqlanıb: Rusiya yarışdan kənarlaşdırılıbbackend

“Avroviziya- 2022”nin finalçıları açıqlanıb: Rusiya yarışdan kənarlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın ev sahibliyi edəcəyi ” Avroviziya- 2022″nin finalında mübarizə aparacaq 25 ölkənin adı açıqlanıb.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, “Böyük beşlik” kimi tanınan İtaliya, Fransa, Almaniya, İtaliya və İspaniya birbaşa möhtəşəm finala vəsiqə qazanacaqları üçün yarımfinalda mübarizə aparmayacaqlar. 1-ci yarımfinalın nəticələri nəticələrinə görə İsveçrə, Norveç, Ermənistan, Yunanıstan, İslandiya, Ukrayna, Litva, Moldova, Portuqaliya və Hollandiya finalçı olublar.

2-ci yarımfinalın nəticələri Avroviziya 2-ci Yarımfinal nəticələrinə əsasən, Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya və Serbiya finalçılar olub. Fevral ayında Rusiyanın Ukraynaya hücumu səbəbindən Avropa Yayım Birliyinə üzv dövlətlərin – “EBU” nun təzyiqi nəticəsində Rusiya müsabiqədən kənarlaşdırılıb.

Bu il Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı Kaluş rep qrupu təmsil edəcək. Kaluş ənənəvi xalq musiqisi motivlərindən istifadə edərək oxuduqları mahnılarında işğal altındakı ölkələrinin yenidən ayağa qalxacağı mesajını verir. ” Siz lay-lay deməyə davam edin, övladlarınız mütləq evə qayıdacaq”, – Kaluş qrupu ukraynalı analara deyir.

 

Xatırladaq ki, “Avroviziya- 2022” mahnı müsabiqəsinin finalı mayın 14-ü şənbə günü keçiriləcək.

//Gülnarə Abasova, Editor.az