Avrozonada aprel ayında sənaye istehsalı artıbbackend

Avrozonada aprel ayında sənaye istehsalı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Statistika Ofisi bu ilin aprel ayı üçün Avropa İttifaqı və Avro Bölgəsi üzrə sənaye istehsalı məlumatlarını açıqlayıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 19 üzvlü Avrozonada sənaye istehsalı aprel ayında mart ayı ilə müqayisədə 0.4 % artıb. Ancaq 2021-ci ilin aprel ayı ilə müqayisədə isə 2 % azalma müşahidə olunub.

Aİ-də sənaye istehsalı da aprel ayında əvvəlki aya görə 0.3 % artıb. Lakin bir əvvəlki ilin eyni dövrünə görə isə 0.5 azalmalar qeydə alınıb.

Sözügedən dövrdə Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 5.6% ilə Hollandiya, 3.5 % ilə Finlandiya və 3.2 % ilə Lüksemburqda olub. Ən yüksək azalma 9.6% ilə İrlandiyada, 7.4 % ilə Yunanıstanda və 7.1 % ilə Litvada müəyyən edilib.

//Nəzərbəy Hacıağayev, Editor.az