Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın aprel ayı üzrə illik inflyasiya göstəricilərini açıqlayıb.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Avrozonada bu ay qeydə alınan inflyasiya keçən ayla nisbətdə yüksəlib. Belə ki inflyasiya apreldə 7.5 faizə çatıb.
Aprel ayında Almaniyada 7.8%, Fransada 5.4%, İspaniyada 8.3%, İtaliyada 6.6%, Belçikada 9.3%, Yunanıstanda 9%, Slovakiyada 10.9%, Hollandiyada 11.2%, Latviyada 13.2 %, Litvada 16.6%, Estoniyada 19 % inflyasiya olub.
Avrozonanın inflyasiya məlumatlarını hesablayan Eurostat tərəfindən edilən açıqlamaya görə bu, 25 ilin ən yüksək səviyyədə olan qiymət artımıdır. Son aylarda da pik həddinə çatan inflyasiya Avropa Mərkəzi Bankının (AMB) proqnozlaşdırdığı 2 faizlik inflyasiyadan xeyli yüksəkdir.
//Nəzərbəy, Editor.az

