Avrozonada istehsalçı inflyasiyası 38 faizə yüksəlibbackend

Avrozonada istehsalçı inflyasiyası 38 faizə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrozonada istehsalçı qiymətlərinin artımı iyul ayında sürətlənib.

Editor.az “Eurostat” məlumatlarına istinadən xəbər verir ki, istehsalçı qiymətləri iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,9 faiz artıb.

Bildirilib ki, enerji qiymətlərinin əvvəlki ilin eyni dövrünə görə yüzdə 97 artdığı iyul ayında enerji xaric qiymətlər də yüzdə 15,1 artıb. Uzunmüddətli istehlak mallarının qiymətləri 9,8 faiz artdığı halda qeyri-davamlı istehlak mallarının qiymətləri 13,8 faiz bahalaşıb. İyulda qiymətlər əvvəlki ayla müqayisədə 4,0 faiz, iyunda isə əvvəlki ayla müqayisədə 1,3 faiz artıb.

//Gülnarə Abasova, Editor.az