Avrozonada tikinti istehsalı aprel ayında azalıbbackend

Avrozonada tikinti istehsalı aprel ayında azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Statistika İdarəsi (Eurostat) aprel ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün mövsümi düzəlişlər edilmiş tikinti istehsalı məlumatlarını dərc edib. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 19 üzvlü Avrozonada tikinti istehsalı aprel ayında mart ayı ilə müqayisədə 1.1 faiz azalıb, 2021-ci ilin aprel ayı ilə müqayisədə isə tikinti istehsalı 3 faiz artıb.

Digər tərəfdən, Aİ-də tikinti istehsalı aprel ayında əvvəlki aya görə yüzdə 1.2 azalıb. 2021-ci ilin eyni dövrünə görə isə  3 faiz artıb.

AB ölkələri arasında aprel ayında bir əvvəlki aya görə tikinti istehsalında ən yüksək artım  1.2 ilə Fransa,  0,9  faiz ilə Finlandiya və 0.2 faiz ilə İspaniyada qeydə alınıb.

Ən çox azalma 7.4 faizlə Sloveniyada, 5.9 faizlə Macarıstanda və 5.1 faizlə Polşada müşahidə olunub.

//Nəzərbəy, Editor.az