Avrpopa İttifaqı Ukraynaya kömək etmək üçün Macarıstanı səsvermə hüququndan məhrum edəcəkbackend

Avrpopa İttifaqı Ukraynaya kömək etmək üçün Macarıstanı səsvermə hüququndan məhrum edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən yazıb. Maddənin tətbiqi Budapeşti səsvermə hüququndan məhrum edəcək.

“Əgər Viktor Orban fevral sammitində büdcə sazişini və Ukraynaya 50 milyard avro verilməsini yenidən bloklasa, Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün 7-ci maddədən istifadə real seçim ola bilər”, – nəşrin həmsöhbəti bildirib. “Politico”nun başqa bir mənbəsi əlavə edib ki, Viktor Orbanın hərəkətlərinə görə müxtəlif Avropa ölkələrinin hakimiyyət orqanları siyasi oyuna cəlb olunub. Onun sözlərinə görə, dövlət liderləri daha qətiyyətli olmalıdırlar.

Eyni zamanda, Mərkəzi və Şərqi Avropa ölkələri sözügedən maddəyə istinad etməkdən çəkinirlər. Çünki gələcəkdə onların özləri də bu maddə ilə üz-üzə qala bilərlər. Nəşrin həmsöhbətləri də hesab edirlər ki, səsvermə hüququndan məhrum edilməsi Macarıstanı Avropa İttifaqından daha da uzaqlaşdıra bilər. Bundan əlavə, bu, Brüsselin ittifaqın digər ölkələri ilə, məsələn, Slovakiya və onun yeni baş naziri Robert Fiko ilə münasibətlərini pisləşdirə bilər.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Orban Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramına veto qoyub. Amma Avropa İttifaqı fevralın 1-də Brüsseldə keçiriləcək sammitdə Ukraynaya yardım paketini qəbul etməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az