Avstraliya Fransanın “Naval Group” şirkəti ilə 555 milyon Avroluq təzminat müqaviləsi imzalayıb. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Fransa ilə müştərək Sualtı qayıq tikmək üçün imzaladığı 35 milyard avroluq müqaviləni ləğv edərək əvəzində İngiltərə və ABŞ ilə bu iki ölkədən nüvə sualtı texnologiyası almaq və istehsal etmək üçün “AUKUS” adlı müqavilə imzalayıb.
Xatırladaq ki, “AUKUS” müqaviləsi Fransa və Avstraliya arasında böhrana səbəb olmuşdu. Hatta Fransa Kanberra və Vaşiqtondakı səfirlərini geri çağırmışdı.
Qeyd edək ki, ötən ay vəzifəsinin icrasına başlayan Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin milli maraqları üçün Fransa ilə problemlərin həllinin zəruri olduğunu bəyan edib.
//Nəzərbəy Hacıağayev , Editor.az

