Avstraliya ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı dayandıra bilərbackend

Avstraliya ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı dayandıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya prezident Donald Trampın gözlənilməz siyasətləri səbəbindən ABŞ ilə daha güclü müdafiə ittifaqından imtina etməyi düşünür.

Editor.az bu barədə The New York Times-a istinadla (NYT) yazır.

ABŞ-ın Avstraliyadan idxal etdiyi polad və alüminiuma 25 faiz gömrük rüsumu, digər ixrac məhsullarına isə 10 faiz rüsum tətbiq etməsindən sonra Avstraliya rəsmiləri indi tamamilə fərqli bir ölkə, yəni başqa bir ABŞ ilə qarşı-qarşıya olduqlarını bildiriblər. Vurğulanır ki, hətta Çinin yüksəlişi də Kanberranı ABŞ-la münasibətlərinə yenidən baxmağa məcbur etməyib. Vaşinqtonun müttəfiqini müdafiə etməkdən imtina etməsinin gözlənilməz perspektivini nəzərə alaraq, Avstraliyanın Birləşmiş Ştatlarla hərbi əməkdaşlığa artan etibarı təhlükə kimi qəbul edilib.

“Avstraliya çətin anlarda ABŞ-ın köməyinə arxalana bilərmi? Avstraliya dünyagörüşü ilə kökündən razılaşmasa belə, amerikalı müttəfiqinə hərbi dəstək verməyə davam edə bilərmi?”,- amerikalı jurnalistlər vurğulayıblar.

Qeyd edək ki, 2021-ci ildən Avstraliya, ABŞ və Böyük Britaniya nüvə sualtı donanmasının yaradılmasına yönəlmiş AUKUS blokunda müttəfiqlərdir.

//Gülnarə Abasova, Editor.az