Avstraliya hökuməti Rusiyadakı terror aktını qınamaqdan imtina edibbackend

Avstraliya hökuməti Rusiyadakı terror aktını qınamaqdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya rəhbərliyi Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktına heç bir reaksiya verməyib.

Bu barədə Rusiyanın Kanberradakı səfiri Aleksey Pavlovski TASS müxbiri ilə söhbətində bildirib.

“Ölkəmizdə baş verənlərlə bağlı istənilən məqamda bəyanatlar və şərhlər verən Avstraliya hökuməti vəhşi terror aktını açıq şəkildə pisləməyi və həlak olanlara başsağlığı verməyi lazım bilməyib”, – deyə o qeyd edib.

Səfir onu da vurğulayıb ki, sadə avstraliyalılar və burada yaşayan rusiyalılar diplomatik nümayəndəliyə rəğbət və dəstək sözləri ilə zəng edir, mesajlar göndərirlər. Rusiyanın Sidneydəki Baş Konsulluğunun binası yaxınlığında isə gül, oyuncaq və şamlardan ibarət ekspromt xatirə memorialı yaranıb.

Oxu.az