Avstraliya Aleksey Navalnının (terrorçular və ekstremistlər siyahısına daxildir) ölümünə görə Rusiyaya qarşı sanksiyalar elan edib.
Editor.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidməti dərc edən Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib.
“Avstraliya hökuməti Aleksey Navalnının öldüyü həbsxana ilə əlaqəsi olan üç Rusiya vətəndaşına qarşı əlavə məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edib”, – Vonq bildirib. Fevralın 29-da bildirildi ki, səkkiz Avropa ölkəsi Aleksey Navalnının ölümü ilə bağlı Rusiya rəsmilərinə qarşı yeni sanksiyaların hazırlanması üçün Avropa İttifaqına diplomatik səylər göstərib. Ötən gün Avstraliya hökuməti Navalnının ölümü ilə bağlı Federal Penitensiar Xidmətin (FSIN) 7 əməkdaşına sanksiya tətbiq edib.
//Gülnarə Abasova, Editor.az

