Avstraliya “Qazprom” Transneft, Rostelecom, RusHydro da daxil olmaqla, 14 Rusiya şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər və Ticarət Nazirliyinin (DFAT) saytında bildirilir.
Yenilənmiş sanksiyalar siyahısına əsasən, “Kamaz”, “Birləşmiş Gəmiqayırma Korporasiyası”, “Sevmaş”, “Alrosa”, “Sovkomflot”, “Rusiya Dəmir Yolları” və digər şirkətlərə də məhdudiyyətlər qoyulub.
//Gülnarə Abasova, Editor.az

