Avstraliya Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib və Ukraynada gedən döyüşlərə görə bu ölkəyə bir sıra malların tədarükünə qadağa qoyub. Buraya müxtəlif texnika, elektrik maşınları və səsyazma cihazları üçün ehtiyat hissələri daxildir. Məhdudiyyətlər oktyabrın 26-da qüvvəyə minib.
Editor.az bildirir ki, xarici işlər naziri Penni Voqanın Avstraliya hökumətinin saytında dərc edilmiş əmrinə əsasən, Rusiyaya mexaniki ötürücülü və ya mexaniki ötürücüsüz istənilən vasitələrin, həmçinin presləmə, ştamplama, maşınlar üçün avadanlıq və ehtiyat hissələrinin ixracı qadağan edilir.
Ən əsası Rusiyaya ixracı qadağan edilən malların siyahısına nüvə reaktorları və onların hissələri, qazanlar, maşın və mexaniki avadanlıqlar, səsyazma cihazları, səsgücləndiricilər və dinamiklər, həmçinin televiziya görüntülərini və səs yazan qurğular da var. Xatırladaq ki, 2014-cü ilin mart ayından Avstraliya hökuməti 26 dəfə anti-Rusiya məhdudiyyətlərinin tətbiq olunduğunu elan edib.
//Samir Qurbanov, Editor.az

