Avstraliya Rusiyaya qarşı YENİ SANKSİYALAR tətbiq edibbackend

Avstraliya Rusiyaya qarşı YENİ SANKSİYALAR tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya hökuməti səkkiz rusiyalı jurnalist, bir sıra dövlət rəsmiləri və korporativ qurumlara sanksiya tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda sanksiyaya məruz qalan jurnalistlər arasında “Rossiya Seqodnya”nın baş direktoru Dmitri Kiselyov, RT-nin baş direktoru Aleksey Nikolov, jurnalist Sergey Brilev, “Qazprom- media” holdinqinin baş direktoru Aleksandr Jarov, teleaparıcı Mixail Leontyev və hərbi müxbirlər Yevgeni Poddubnı, Aleksandr Kots və Dmitri Steşin var. Bundan başqa, Avstraliya Qələbə Muzeyinin direktoru Aleksandr Şkolnik, fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyanı, Rusiya FSB təhlükəsizlik xidməti direktorunun birinci müavini Sergey Korolev və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Nikolay Boqdanovskini qara siyahıya salıb. Sanksiyalardan təsirlənən şirkətlər Rusiyanın özəl hərbi şirkəti Vaqner və Belarusun Minotor-servis və İnşaat Bürosudur.

//Gülnarə Abasova, Editor.az