Avstraliyada daşqınlar 50 min insanı təcrid edibbackend

Avstraliyada daşqınlar 50 min insanı təcrid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Cənubi Uelsdə daşqınlar nəticəsində 50 minə yaxın insan təcrid olunub. Bu barədə dövlət fövqəladə hallar xidmətlərinin (NSW SES) saytında məlumat verilib.

Qurumun məlumatına görə, hazırda 48 mindən çox insan təcrid vəziyyətindədir.

Zərərçəkənlərə yardım helikopter və qayıqlarla çatdırılıb. Xilasetmə işlərində 40-dan çox qrup iştirak edir. Təxliyə edilənlərin sayının artacağı gözlənilir.

Cümə gününə qədər ştatın şimal hissəsində güclü yağış gözlənilir. Gündüz yağıntının miqdarı 300 millimetrə çata bilər.

Mayın 17-də Argentinanın paytaxtı Buenos-Ayresin şimalındakı kənd yerlərində yaşayan iki mindən çox insana uzun sürən leysan yağışlar nəticəsində yaranan güclü daşqınlar səbəbindən təxliyə əmri verilib. Təbii fəlakət avtomobil yollarını, kənd təsərrüfatı sahələrini və bəzi yaşayış sahələrini su basıb.

//Gülnarə Abasova, Editor.az