Avstraliyada daşqınlar səbəbindən 50 min insan təxliyə edilibbackend

Avstraliyada daşqınlar səbəbindən 50 min insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın üçüncü ən böyük şəhəri olan Sidney bu il iki dəfə daşqın təhlükəsi ilə mübarizə aparmalı olub. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, şəhərin bəzi yerlərində dörd gün ərzində səkkiz aylıq yağıntı düşüb.

Verilən məlumata görə, sel nəticəsində yollar bağlanıb, bəzi evlər su altında qalıb, minlərlə insan işıqsız qalıb. Bu il Avstraliyanın bir çox yerlərində “La Nina” iqlim şəraiti səbəbindən baş verən daşqınlarda 20-dən çox insan həyatını itirib.

Sidneydə daşqın səbəbindən 100-dən çox təxliyə əmri verilib. 50-dən çox rayonda isə insanlara fövqəladə evakuasiyaya hazır olmaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, bu gündən şəhərdə yağıntıların azalacağı gözlənilir. Lakin güclü külək səbəbindən ağacların və elektrik dirəklərinin yıxıla biləcəyi üçün fövqəladə vəziyyət hələ də davam edir.

//Nəzərbəy Hacıağayev, Editor.az