Avstraliyada itkin düşən kişinin cəsədi timsahın içindən tapılıbbackend

Avstraliyada itkin düşən kişinin cəsədi timsahın içindən tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dostları ilə balıq tutarkən birdən-birə yoxa çıxan kişinin cəsədinin hissələri timsahın mədəsində tapılıb.

Editor.az xarici mediaya istinadla bildirir ki, hadisə Avstriya, Şimali Kvinslenddə duzlu su timsahlarının sıx məskunlaşdığı bir ərazidə baş verib. Ərazidə axtarışlar iki gün davam edib. Polisin bu müddət ərzində öldürdüyü iki böyük timsahdan birində insan hissələri tapılıb. Tapılan cəsədin şəxsiyyəti rəsmi olaraq açıqlanmasa da yerli polis axtarışların başa çatdığını açıqlayıb. 65 yaşlı Darmodinin təcrübəli balıqçı olduğu bildirilir. Axtarış işlərinin cəmləşdiyi ərazidə 4,1 və 2,8 metr uzunluğunda iki yetkin timsah güllələnib. Kevin Darmodinin bədən üzvləri ancaq timsahın mədəsindən çıxıb. Lakin vəhşi təbiət mütəxəssisləri Darmodinin bu iki heyvan tərəfindən birlikdə öldürüldüyünü düşünürlər. Hadisə zamanı Darmodinin yanında olan balıqçı dostu yalnız bir qışqırıq və suya düşmə səsi eşitdiyini bildirib.

Darmodinin ölümü 1985-ci ildən bəri bu cür qeydə alınan 13-cü ölümdür.

//Gülnarə Abasova, Editor.az