Avstraliyada köpəkbalığı hücumubackend

Avstraliyada köpəkbalığı hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Avstraliyada 40 yaşlı qadın Jurien körfəzi yaxınlığındakı kiçik bir adada pələng köpək balığının hücumuna məruz qalıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, ştatın İlkin Sənayelər və Regional İnkişaf Departamenti qadının Jurien körfəzinin şimalındakı Sandland adasında belinə qədər olan suda olarkən iki metrlik pələng köpəkbalığı tərəfindən dişləndiyini təsdiqləyib. St John Ambulance sözçüsü Perthdən 220 kilometr şimalda yerləşən qəsəbəyə iki xilasetmə qrupunun göndərildiyini bildirib. Səlahiyyətlilər bölgədəki çimərliklərin bağlandığını və qadının vəziyyətinin ağır olduğunu açıqlayıb və Jurien Bay bölgəsində yerli əhalini diqqətli olmağa çağırıblar.

//Gülnarə Abasova, Editor.az