Avstraliyada qaz təchizatı problemi böyüyürbackend

Avstraliyada qaz təchizatı problemi böyüyür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya qaz böhranının astanasındadır.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Energetika naziri Kris Boven məlumat verib.

Avstraliyalı nazir problemin tez bir zamanda həll edilə bilməyəcəyi barədə xəbərdarlıq edib:

“Ölkədə artan qaz və işıq xərclərinin azaldılması üçün bütün lazımi addımlar atılacaq. Bərpa olunan enerjiyə keçid siyasətinin qısa müddətdə mövcud enerji problemlərinə kömək edə bilməyəcəyini bilirik. Əvvəlki hökumət bərpa olunan enerji və anbar tutumunun artırılması üçün lazımi işlər görməyib”.

Qeyd edək ki, Avstraliyanın cənub-şərqində uzun sürən soyuq səbəbi ilə ölkədə qaz tədarükçüsü olan şirkətin müflis olması ilə əlaqədar olaraq qazın qiyməti yüksəlib. Digər tərəfdən, dünya ölkələrinin Rusiyadan qazı və kömür idxalını dayandırması da qiymətlərə mənfi təsir edib.

//Nəzərbəy Hacıağayev, Editor.az