Avstraliyadan Rusiya və Belarusiyaya əlavə vergi qərarıbackend

Avstraliyadan Rusiya və Belarusiyaya əlavə vergi qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsin 5-ci həftəsində Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları davam etdirir.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Rusiya üçün xoşagəlməz daha bir qərar Avstraliya tərəfindən qəbul edilib.

Avstraliya Xarici İşlər və Ticarət Nazirliyinin bu gün keçirdiyi mətbuat konfransında Rusiya və Belarusun Ən Seçilmiş Ölkələr (MFN) siyahısından çıxarılacağı və bu iki ölkədən bütün idxala əlavə 35 faiz vergi tətbiq ediləcəyi açıqlanıb. Bəyanatda Avstraliyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. Rusiyanın Ukraynaya qarşı hücumuna görə məsuliyyət daşımasını təmin etmək üçün müttəfiq ölkələrlə sıx əməkdaşlıq edəcəyi də bildirilib.

Maraqlıdır ki, Almaniyanın qəbul etdiyi əlavə vergi qərarı Ukrayna prezidenti Vlodimir Zelenskinin bu gün Avstraliya parlamentində çıxışından sonra elan edilib.

//Editor.az