Avstraliyadan Ukraynaya 13 milyon dollar dəyərində yeni yardım paketibackend

Avstraliyadan Ukraynaya 13 milyon dollar dəyərində yeni yardım paketi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya Ukraynaya 20 milyon Avstraliya dolları (12,8 milyon dollar) dəyərində yeni hərbi yardım paketi göndərib.

Editor.az “The West Australian” istinadən məlumat verir ki, yardım paketinə minatəmizləmə avadanlıqları və dron əleyhinə sistemləri də daxildir.

“Avstraliya Rusiyanın qeyri-qanuni işğalına qarşı Ukraynanın müdafiəsinə qətiyyətlə sadiq qalır… Bu yardım Ukraynaya dünyanın ən yaxşı imkanlarından bəzilərini təmin edəcək, eyni zamanda, Avstraliyanın suveren müdafiə sənayesi və texnologiya sektoruna töhfə verəcək”, -deyə, Avstraliyanın Baş naziri Entoni Albanese açıqlamasında qeyd edib.

Qeyd olunur ki, paketə minatəmizləmə avadanlığı, portativ rentgen aparatları, 3D metal printer və dron əleyhinə sistemlər – Avstraliyanın DroneShield, Micro-X, Minelab və SPEE3D şirkətləri tərəfindən hazırlanmış bütün avadanlıqlar daxildir. Avstraliyanın müdafiə sənayesi naziri Pat Konroyun qeyd edib ki, 3D metal printerləri minalardan təmizləmədə ehtiyat hissələri çap etmək üçün istifadə oluna bilər və portativ rentgen avadanlığı da döyüş meydanında Ukrayna personalına həyati yardım göstərəcək.

//Safura Bənnayeva, Editor.az