Avstraliyalı qadın günə 100 min dollar qazanmağın yolunu tapıbbackend

Avstraliyalı qadın günə 100 min dollar qazanmağın yolunu tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyalı bir sahibkar kosmetika satışı ilə hər gün yüz min dollardan çox qazanmağın yolunu tapıb.

Qadının hekayəsini “Daily Mail” işıqlandırıb.

Kvinslend sakini Semmy Leo bildirib ki, o, 2016-cı ildə Yeni Zelandiyada quru dodaq balzamının gizli düsturunu əczaçı babasından öyrəndikdən sonra özünün “Breeze Balzam” brendini təqdim edib.

Məhsulun tərkibində heyvan yağı və arı mumu olduğu bildirilib.

Qadın zədələnmiş dodaqlar üçün məhsulları internetdə 20 dollardan satmaq qərarına gəlib. Onun sözlərinə görə, təkcə noyabrın 29-da keçirilən “Kiber Bazar ertəsi” (“Qara Cümə”nin analoqu) aksiyası zamanı o, 14 minə yaxın balzam satıb və bununla da 160 min dollar əldə edib.

Mənbə: lenta.ru