Avstraliyalılara işçilərə iş saatları xaricində gələn zənglərə cavab verməmək hüququ verən qanun qüvvəyə minibbackend

Avstraliyalılara işçilərə iş saatları xaricində gələn zənglərə cavab verməmək hüququ verən qanun qüvvəyə minib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada milyonlarla işçiyə işəgötürənlərinin iş saatları xaricində onlarla əlaqə saxlamaq cəhdlərinə məhəl qoymamaq hüququ verən qanun qüvvəyə minib. Qanunun mətnində qeyd olunur ki, artıq işçilərin işəgötürənlərdən gələn zəng və mesajlara nəzarət etməmək, habelə onları oxumamaq və cavab verməmək hüququ var.

Editor.az bildirir ki, bu barədə ABC məlumat yayıb. Avstraliyanın baş naziri Entoni Albanese qanunu şərh edərkən deyib: “Biz istəyirik ki, gündə 24 saat işləmək üçün maaş almayan insanlar 24 saat işləməmək seçiminə sahib olsunlar”. Onun fikrincə, bu, psixi sağlamlıq məsələsidir, işdən qopmaq, diqqəti ailə və şəxsi həyata keçirmək imkanıdır.

Eyni zamanda, qanun şirkət və müəssisə rəhbərlərinin işdən kənar vaxtlarda işçilərə zəng etməsini qadağan etmir, sadəcə olaraq işçini əlaqə saxlamaq və cavab vermək öhdəliyindən azad edir. İstisna, əlaqə saxlamaqdan imtinanın “əsassız” olduğu hallardır. Qanunda konkretliyin olmaması bir sıra şirkət və müəssisələrin narazılığına səbəb olub. Eyni zamanda Avstraliya həmkarlar ittifaqları bu hadisəni alqışlayaraq, bunu işləyən vətəndaşlar üçün tarixi hadisə adlandırıblar.

//Samir Qurbanov, Editor.az