Avstraliyanın keçmiş maliyyə naziri İƏİT-nin yeni baş katibi olacaqbackend

Avstraliyanın keçmiş maliyyə naziri İƏİT-nin yeni baş katibi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın keçmiş maliyyə naziri Matias Kormann İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Baş katibi seçilib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın seçim komitəsi bildirib.

İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinə göndərilən seçim komitəsinin yekun hesabatında bildirilib ki, Matias Korman 1 İyun 2021-dən başlayaraq 5 il müddətinə təyin olunub.

Daha əvvəl İƏİT məşvərətin beşinci raundundan sonra seçim komissiyasının son səsverməyə çıxan iki namizədi arasındakı lideri təyin edə bilmədiyini bildirmişdi.