Avstriya prezidenti Aleksandr Van der Bellen bildirib ki, ölkənin hazırkı hökuməti gələn həftə istefaya göndəriləcək.
Editor.az bu barədə TASS-a istinadla məlumat yayıb. “Gələn həftə hökumət istefasını təqdim edəcək və mən onlara yeni hökumət təyin olunana qədər işi davam etdirməyi tapşıracağam. Sonra Milli Şurada təmsil olunan bütün partiyalarla danışıqlar aparacağam”, – deyə dövlət başçısı bildirib. O, həmçinin koalisiya yaratmaq üçün partiyalar arasında hansı kompromislərin mümkün olduğunu öyrənməyə çalışacağını bildirib. Bu Avropa ölkəsində keçirilən parlament seçkilərində səslərin 89 faizinin hesablanması ilə antiRusiya sanksiyalarına qarşı çıxan Avstriya Azadlıq Partiyası (APS) 28,9 faizlə irəlidədir. Hakim Avstriya Xalq Partiyası (ANP) 26,3% səslə ikinci yerdədir. Üçüncü yerdə 21 faiz səslə Sosial Demokratlar qərarlaşıb.
//Gülnarə Abasova, Editor.az