Avstriya: Ölkəmizin NATO-ya üzvlüyü gündəmdə deyilbackend

Avstriya: Ölkəmizin NATO-ya üzvlüyü gündəmdə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamalarına cavab verən Avstriya kansleri Kristian Ştoker ölkənin NATO-ya üzvlüyünün gündəmdə olmadığını və Avstriyanın neytrallığının şübhə altına alına bilməyəcəyini bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

“Biz tərəfsiz bir ölkəyik. Bitərəflik müzakirəyə açıq deyil. Ona görə də NATO-ya üzvlük məsələsi bizim üçün tamamilə gündəmdən kənarda qalıb”,- deyə o bildirib.

Medvedev əvvəllər neytrallıq prinsipinin Avstriya dövləti üçün əsas olduğunu və ondan imtinanın ölkə üçün təhlükə yaratdığını yazmışdı. Medvedev açıqlamasında bildirib ki, Vyananın hərbi oriyentasiyası Avstriyanın sülhsevər dövlət kimi imicinə xələl gətirir və müstəqil manevr imkanlarını azaldır.

//Gülnarə Abasova, Editor.az