Avstriya kansleri Karl Nehammer iyunda İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak etməyi planlaşdırdığını bildirib.
Editor.az xəbər verir ki, o bu barədə X sosial şəbəkə hesabında yazıb. “Bu gün (Ukrayna lideri) Volodimir Zelenski ilə telefon danışığında iyun ayında İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirakımı təsdiqlədim”, – Avstriya kansleri yazıb.
Mayın 22-də Zelenski Moskvanı narahat etməmək üçün Kiyevin onu İsveçrədə keçiriləcək “sülh sammitinə” dəvət etmək istəmədiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, sammitin məqsədi üç əsas məsələ üzrə iştirakçı ölkələrin ümumi mövqeyini inkişaf etdirmək olacaq: nüvə təhlükəsizliyi, Qara və Azov dənizlərində gəmiçilik təhlükəsizliyi, ukraynalı uşaqların geri qaytarılması və onların mübadiləsi. Zelenski əlavə edib ki, gələcəkdə bu məsələ ilə bağlı Rusiyaya məlumat veriləcək.
Qeyd edək ki, Ukrayna Sülh Konfransı 15-16 iyun tarixlərində Luzern yaxınlığındakı Bürgenstokda baş tutacaq. Qonaqlar arasında G7, G20 və BRICS ölkələri var.
//Gülnarə Abasova, Editor.az