Avstriyanın paytaxtı Vyanada yerləşən neft-qaz şirkəti OMV Rusiyadan neft idxalının dayandırıldığını bildirib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, OMV-nin nümayəndəsi qərarla bağlı açıqlamasında hazırda Rusiya neftini emal etmədiklərini qeyd edib.
Qeyd edək ki, Avstriya Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə Avstriyaya idxal edilən 596 min ton neftin yalnız 7,8 faizi Rusiyadan idxal edilib.
//Editor.az

