Avstriyada güclü qasırğa: 5 nəfər həyatını itirdibackend

Avstriyada güclü qasırğa: 5 nəfər həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın cənubunda 4 əyalətdə baş verən fırtına nəticəsində həyatını itirənlərin sayı 5-ə yüksəlib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən günortadan sonra Karintiya, Tirol, Ştiriya və Aşağı Avstriya əyalətlərini vuran şiddətli tufan insanların yaşayışına mənfi təsir göstərib. Polisin verdiyi açıqlamada, Gaming kurortunda 3 qadının yıxılan ağacların altında qalaraq öldüyü bildirilir. Əlverişsiz hava şəraiti səbəbindən ərazidəki bir çox evlərə elektrik verilməyib. Qatarların hərəkətinin ləğv edildiyi bölgədə magistral yollar və əsas küçələr nəqliyyata bağlanıb. Sürəti saatda 140 kilometrə çatan fırtınanın yaratdığı fəlakətdə yaralanan 20-yə yaxın adam bölgədəki xəstəxanalarda müalicə altına alınıb.

//Gülnarə Abasova, Editor.az