İsveçin paytaxtı Stokholmun mərkəzində avtobusun iştirakı ilə ölümcül qəza baş verib. Nəqliyyat vasitəsi sərnişin dayanacağına çırpılıb.
“Aftonbladet”in məlumatına görə, polis yaralıların və ya ölənlərin sayı, cinsi və ya yaşı barədə heç bir açıqlama vermir. Hadisə yerində polis, tibb işçiləri və xilasetmə xidmətləri işləyir. Avtobus sürücüsü saxlanılıb.
Ağır cinayətlərlə bağlı cinayət işi açılıb. Hadisə ilə bağlı istintaq davam edir.
//Samir Qurbanov, Editor.az

