Türkiyənin Qəhrəmanmaraş vilayətində iki gəncin avtobusda bacılara qarşı davranışı böyük narazılıq yaradıb.
Editor.az metbuat.az-a istinadla xəbər verir ki, qızlarla məcburi formada ünsiyyət qurmağa çalışan gənclər, cavab almayanda çirkin yola əl atıblar. Onlar bacıların yanında nalayiq formada danışmağa başlayıblar.
Qızlardan biri bu anları gizlicə lentə alaraq polisə şikayət edib. Araşdırmalar davam edir.