“Avtobuslar gecikmir, onlar ümumiyyətlə yoxdur ”-Elməddin Muradlıbackend

“Avtobuslar gecikmir, onlar ümumiyyətlə yoxdur ”-Elməddin Muradlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata əsasən 124 avtobusun hərəkət xəttində gecikmələr müşahidə olunur.

Bu hal da əhalinin haqlı narahatlığına səbəb olur. Gecikmələrin səbəbi nədir,bu istiqamətdə bir tədbir görüləcəkmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən ekspert Elməddin Muradlı bildirib ki, son vaxtlar BNA avtobusların gecikməsi ilə bağlı intensiv məlumatlar yayır: “ Maraqlısı budur ki, bu məlumatları əvvəllər deyil məhz indi yaymağa başlayıblar.Hansı ki,  Nəqliyyatın İntelektual İdarəetmə mərkəzi agentliyin tabeliyində olanda BNA sanki hərşey qaydasındaymış kimi davranırdı. Amma son dövrlərdə görürük ki, İntelektual mərkəz Daxili İşlər Nazirliyinin tabeliyinə veriləndən sonra Bakı Nəqliyyat Agentliyi gündəlik olaraq avtobusların gecikməsi, yollarda sıxlıq olması tipli məlumatlar yayır. Sanki İntelektual mərkəz BNA-nın tabeliyində olanda hərşey yaxşı idi,amma indi pisləşib.
Ona görə bu istiqamətdə ciddi dəyişikliklər baş verməlidir. BNA heçdə normal yanaşma nümayiş etdirmir. Bu başverənlər ümumi işin xeyirinə olan məsələ deyil. Sadəcə olaraq bir qrum başqa bir qruma lazımsız hərəkətlər etməklə zərər vurmağa çalışır. Guya özləri yaxşı işləyirdilər, yol polisi işləyə bilmir deyə yollarda tıxac yaranır”.

Ekspertin sözlərinə görə yol polisi və BNA-da sözügedən işi görsə də amma nəticə əldə edilmirdi:

“Avtobuslar gecikmir, onlar ümumiyyətlə yoxdur. ” Bakubus” üçün dövlət tərəfindən 715 avtobus alınmışdı. Bu avtobusların 300-nü Bakı Nəqliyyat Agentliyi bərbat vəziyyətə saldı və səbəb kimi də dövlət tətəfindən pul ayrılmaması, ehtiyyat hissəsi ala bilməmələrini, buna görə də təzə avtobusları söküb ehtiyyat hissəsi etmək məcburiyyətində qaldıqlarını bildirdilər. Ümumi yanaşma inkişafa doğru deyil, dağıtmağa doğru idi. Nəticədə bacardıqlarını edib, dağıtdılar. BNA-nın dövründə 300 avtobus bərbat hala salındı və bu gün yerdə qalaın 415 avtobusun da təxminən 300-310-u xəttə buraxılır. 100-nü yenə gizlədirlər. Səbəb gediş haqqı ilə bağlıdır. Gündəlik xərclər çoxdur, ehtiyyat hissələri bahalaşıb. Digər özəl daşıyıcı şirkətlər də təxminən eyni vəziyyətdədir, heçnə dəyişməyib. Onlar da avtobusları vaxtında və geniş şəkildə xəttə buraxmırlar. Çünki gediş haqqının artırılması ilə bağlı dəfələrlə müraciət edilsə də heç bir faydası olmayıb. Buna görə də qənaət etməyə çalışırlar. Nəticədə belə vəziyyət yaranır. Avtobuslar gecikmir birmənalı şəkildə qəbul etmək lazmdır ki, avtobuslar yoxdur”.

Elməddin Muradlının sözlərinə görə avtobus parkının yenilənməsi üçün BNA ciddi əngəllər törədib, böyük problemlər yaratdı: “Daşıyıcı şirkətlərə rahat şəkildə öz parklarını yeniləməyə imkan vermədi. Maşurut xətlərinin hansı yaxşıdırsa BNA onu ələ çəkirdi. Elə müsabiqələr təşkil etdi ki, yalnız özləri qalib gəldi. İndi onun acı nəticəsini sərnişinlərimiz çəkir. BNA bunun cavabını verib, məsuliyyətini dərk etməlidir. Belə özbaşınalıqlara son qoymaq lazmdır.  Dövlət tərəfindən sahibkarlara geniş dəstək göstərilsə onlar vəziyyətdən çıxmaq üçün avtobus parkını yeniləməyə çalışacaqlar və müəyyən bir nəticə əldə olunacaq”.

//Safura Bənnayeva, Editor.az