Avtomobil bazarında ucuzlaşma olacaq – VİDEObackend

Avtomobil bazarında ucuzlaşma olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması avtomobil bazarında qiymət dəyişikliyinə səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu dəyişiklik daha çox istehsal ili köhnə olan avtomobillərin qiymətində hiss ediləcək.

Editor.az  bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, yanacağın qiymətinin dəyişməsi avtomobil bazarında yaxın aylarda hiss olunmayacaq.

Amma ekspert onu da xatırladıb ki, daha əvvəl yanacağın qiymətindəki dəyişiklik mühərrik həcmi böyük olan avtomobillərin qiymətinə təsir edib.

Eldəniz Cəfərovun fikrincə, son dəyişiklik  dizellə işləyən avtomobillərin qiymətinə  ciddi təsir  etməyəcək. Çünki belə avtomobillər yanacağı az sərf edir və ona görə də bu maşınlara tələbat çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.